Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa: İranın bəzi rəsmiləri Azərbaycana qarşı çağırışlar edəcək qədər həyasızlaşıblar    

İranın bəzi rəsmi şəxsləri o qədər həyasızlaşıblar ki, qonşu ölkəyə qarşı açıq təhdidlə danışır, müxtəlif çağırışlar edirlər...

Bu fikirləri "Report"a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Iran parlamenti deputatının Bakıdakı İsrail səfirliyinə zərbə endirmək çağırışına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycandakı xarici diplomatlar ölkənin müsafirləridir:

"Biz iki dövlət arasında olan münasibətlərin hansısa bir şəkildə Azərbaycana köçürülməsinə qarşıyıq. Ona görə də, bunu çox məsuliyyətsiz və həyasız bir bəyanat hesab edirəm. İranlı deputatın bu fikrini Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə qarşı atılan addım kimi qiymətləndiririk".

F. Mustafa düşünür ki, belə bəyanatlar terrorçu dövlət anlayışına, terrorçu xarakterə sahib olan qüvvələr tərəfindən səsləndirilə bilər:

"Bu heç bir halda insanlıq davranışı deyil. Ümid edirəm ki, İran rəsmiləri bu deputatı mənasız açıqlamalarına görə ən azı tənbeh edəcəklər. Çünki bu bütünlükdə iki ölkə arasında münasibətlərin tamamilə pozulması anlamına gələ bilər. Azərbaycan bunu heç bir halda görməzdən gəlməyəcək".

Xatırladaq ki, İran parlamentinin deputatı Cəlal Rəşidi Koçi İsrailin Dəməşqdəki İran konsulluğunu bombalamasına cavab olaraq, İsrailin Bakıdakı səfirliyinə zərbə endirməyə çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

UEFA Millətlər Liqasında III turun iki oyunu keçirilib

Ən çox oxunanalar